Squid Game teleserialında Lee Jung-jae Seong Gi-hun adlı obrazı canlandırır. Gi-hun maddi
sıxıntı içində yaşayan bir insandır. Bir gün onanaməlum adam dəvətnamə verir və həyatını
dəyişmək ümidi ilə sirli bir
yarışmada iştirak edir. Bu yarış, sağ qalma iştirakçılarının böyük mükafatlar qazanmaq üçün ölümcül
oyunlarda yarışdığı bir sınaqdır. Lakin o bilmirdi ki, orada insanlar öldürülür və tramma alır. Buna baxmayaraq o oyunu qazanır.
Təşkilatçı onu evinə apararkən onun buradan getməsini söyləyir. 2-ci sezonda isə bizi daha
maraqlı hadisələr gözləyir.
Serialın baş qəhrəmanı kimi Gi-hun tamaşaçı ilə emosional bağ yaradır və onun xarakterinin inkişafı
mühüm mövzu təşkil edir.
Lee Jung-jae məşhur Cənubi Koreya aktyorudur. 1972-ci il dekabrın 15-də anadan olan Lee 1990-cı illərin əvvəllərindən Koreya
televiziyası və kinosunda tanınmış sima olub.
O, xüsusilə Squid Game serialındakı Seong Gi-hun obrazı ilə bütün dünyada böyük
populyarlıq qazanıb. Lee həmçinin The Housemaid (2010) və The Thieves (2012) kimi məşhur filmlərdə çəkilib. O, uğurlu
karyerası ilə bir çox mükafatlar qazanıb və aktyorluq istedadına görə
böyük rəğbət qazanıb. 2022-ci ildə Squid Game üçün Emmy
mükafatına namizəd olan ilk Koreyalı aktyor oldu.